Synopsis
İki dost — bir vaxtlar birlikdə oxuyan Fərrux və Səməd eyni qıza, Ləmiyaya aşiq olurlar. Varlı olan Fərrux qızla evlənmək üçün əlindən gələni edir, lakin Ləmiya Səmədə üstünlük verir. Beləliklə, dostların yolları ayrılır… Beş il keçir, amma Fərrux hələ də Ləmiyaya dəlicəsinə aşiqdir və Səmədin öldürülməsinə qərar verir. O, muzdlu qatil tutur. Lakin qatil hədəfi səhv salaraq Ləmiyanı öldürür. Bundan sonra Fərruxla Səmədin arasında əsl müharibə başlayır…


















